Hillary Clinton Benqazidəki hücumla bağlı ittihamları qəbul edib

ABŞ dövlət katibi Hillary Clinton ötən ay Liviyadakı səfirin və daha 3 diplomatın öldürülməsi hadisəsi zamanı təhlükəsizliklə bağlı deyilən ittihamları qəbul edib.

Clinton CNN-ə verdiyi müsahibəsində deyib ki, xaricdəki diplomatların təhlükəsizlik məsələsinə o, cavabdehlik daşıyır. Klintonun sözlərinə görə, prezident Barack Obama və vitse-prezident Joe Biden Benqazidəki konsulluqda təhlükəsizlik məsələləri ilə bağlı qərar verməyib.

Barack Obama və prezidentliyə digər namizəd Mitt Romneyin oktyabrın 16-da keçiriəcək ikinci debatında Benqazidəki hücumla bağlı sualı cavablandıracağı gözlənir. Romney deyib ki, bu hücum Obamanın xarici siyasətindəki zəiflikləri göstərib.