İqtisadiyyat üzrə Nobel mükafatı iki amerikalı alimə verildi

Alvin Roth (solda) and Lloyd Shapley

2012-ci il İqtisadiyyat üzrə Nobel mükafatı iki amerikalı alimə - Harvard Universitetindən Alvin Rotha və Kaliforniya Universitetindən Lloyd Shapleyə verilib.

İqtisadiyyat üzrə Nobel Komitəsinin üzvü Staffan Normark qalibləri elan edərkən deyib ki, “bu ilki mükafat bazarda mümkün qədər çox iştirakçını bir-biri ilə calamaq haqdadır”.

Reuters agentliyi isə öz məlumatında izah edir ki, amerikalı alimlərin işi - məktəblərlə şagirdləri və yaxud orqan donorları ilə xəstələri necə uyğunlaşdırmağı və ya calaşdırmağı araşdırır.

Onlar oyunlar nəzəriyyəsinin köməyi ilə göstəriblər ki, məktəblər onlara uyğun şagirdləri, şagirdlər isə özlərinə uyğun məktəbləri necə tapa bilərlər və bu, hər iki tərəfi qane edə bilər.

İqtisadiyyat üzrə Nobel mükafatı Alfred Nobelin təsis etdiyi ilk mükafatlar siyahısında olmayıb. Onu 1968-ci ildə təsis ediblər.
Bu il mükafat 1 milyon 200 min dollardır.