Talibanın güllələdiyi qız müalicə üçün İngiltərəyə göndərildi

Pakistan hakimiyyəti deyir ki, hökumət Taliban yaraqlılarının ağır yaraladığı 14 yaşlı qızı Britaniyaya müalicəyə göndərib.

Oktyabrın 15-də bildirilib ki, Malala Yusifzai tibbi vasitələrlə təchiz olunmuş xüsusi təyyarə ilə İslamabbaddan Britaniyaya uçub.

Təyyarəni Birləşmiş Ərəb Əmirlikləri verib.

14 yaşlı fəal qız uşaqlarının təhsil alması üçün kampaniya aparırdı. Taliban yaraqlıları onu başından güllələmişdilər.

Bu hadisə beynəlxalq ictimaiyyətin diqqətini çəkmişdi.