Dəmir yolu xətti ətrafında tikilən evlər təhlükədə

Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olunur.

Lent.az-ın verdiyi məlumata görə, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində peşə bayramı gününə həsr edilmiş yığıncaq keçirilib.

Yığıncaqda «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov çıxış edib.

O bildirib ki, dəmir yolu xətlərinin kənarında tikilmiş tiklilərdən 883-ü təcili sökülməlidir. Bunların içərisində yaşayış evləri də var.

Arif Əsgərov deyib ki, 883 tiklinin siyahısı hazırlanaraq hökumətə təqdim olunub və onlar Nazirlər Kabinetinin qərar verməsindən sonra söküləcək.