Erdoğan və Davutoğlu Azərbaycana gəlirlər

-
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda keçiriləcək 12-ci Sammitinə Türkiyənin Baş naziri Recep Tayyip Erdoğan da qatılacaq.

APA-nın məlumatına görə, o, Bakıya oktyabrın 16-da gələcək.

Oktyabrın 15-də isə bu ölkənin xarici işlər naziri Ahmet Davutoğlu Sammit çərçivəsində keçiriləcək Nazirlər Şurasına qatılmaq üçün Azərbaycana gələcək.

İƏT-in Nazirlər Şurasının toplantısına ilk dəfə olaraq tanınmamış Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri də dəvət edilib.