Fetullah Gülənin qardaşı Ankarada vəfat edib

ABŞ-da mühacirətdə yaşayan Fetullah Gülənin qardaşı Hasbi Nidai Gülən Ankarada xəstəxanada vəfat edib.
66 yaşlı Hasbi Gülən ağciyər xərçənginə tutulmuşdu.

İslam teoloqu və ideoloqu olan Gülən 60-dan çox kitabın müəllifidir.

O dinlər arasında dialoqa, elmə, Türkiyənin Avropa Birliyinə üzvlüyünə tərəfdardır, terrorun əleyhinədir.
Ancaq onun tənqidçiləri bildirirlər ki, Gülən tərəfdarlarının məqsədi total hakimiyyətdir.