Bu gün Nobel Sülh Mükafatı təqdim olunacaq

Bu gün Norveçin paytaxtı Osloda Nobel Sülh Mükafatı laureatının adı məlum olacaq.

Mükafatı ala biləcək şəxslər arasında üçün rus tarixçisi və insan haqları müdafiəçisi Lyudmila Alekseyevanın, 4 illik həbs cəzası ilə hələ də həbsdə olan belaruslu müxalif lider Ales Beliatsky və zorakılıqlara qarşı mübarizə aparan amerikalı politoloq Gene Sharpın adı daha çox çəkilir.