Özbəkistan prezidenti Azərbaycana gəlib

Özbəkistan prezidenti Islam Karimov

Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri başlayıb.

Onu beynəlxalq hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.

APA-nın məlumatına görə, səfər zamanı ikitərəfli münasibətlərin inkişafı, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Səfərin sonunda dövlət başçılarının birgə bəyanatla çıxış edəcəyi və bir sıra sənədlər imzalanacağı gözlənilir.
Səfər 2 gün çəkəcək.