Muğam Teatrının taleyi həll olundu

Arxiv foto

«Bakıda fəaliyyət göstərən Muğam Teatrının Beynəlxalq Muğam Mərkəzi ilə birləşdirilməsi barədə düşünürük».

Bunu Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev APA-ya deyib.

Onun sözlərinə görə, beynəlxalq səviyyəli bir muğam mərkəzi ola-ola Muğam Teatrının ayrıca fəaliyyət göstərməsi məntiqə uyğun deyil.

Nazir əlavə edib ki, yaş senzi ilə bağlı Muğam Teatrının rəhbəri vəzifəsindən uzaqlaşdırılan Arif Qazıyevin yerinə təyinat bu səbəbdən nəzərdə tutulmur.

Nazir «Nizami Kino Mərkəzi»nə direktor təyinatı məsələsinə də toxunub və bildirib ki, hazırda bu quruma rəhbər təyinatı yönündə seçim aparılır.