Sentyabrda BTC ilə 2 milyon tondan çox Azərbaycan nefti ötürülüb

Baku-Tbilisi-Ceyhan marşurutu

Bu ilin sentyabrında Bakı-Tbilisi-Ceyhan kəməri ilə 2 milyon 261 min 957 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin 9 ayı ərzində isə kəmərlə 22 milyon 925 min 721 ton neft ötürülüb.

Kəmər istifadəyə verildikdən bu yana isə kəmərə 198 milyon 703 min 421 ton neft vurulub.

Bundan başqa, cari ilin sentyabrında BTC kəməri ilə 217 min 264 ton Türkmənistan nefti nəql olunub.