Siyavuş Aslanın səhhəti pisləşib

Azərbaycanın xalq artisti Siyavuş Aslanın səhhətində pisləşmə müşahidə olunur.

Aktyorun müalicəsi hələ də ev şəraitində davam etdirilir. Aktyorun oğlu Çingiz Aslanın APA-ya verdiyi məlumata görə, Siyavuş Aslanın səhhəti daha da ağırlaşıb: «Onun vəziyyəti əvvəldən yaxşı deyil. Amma müalicəsi davam etdirilir. Biz artıq istəmirik ki, atamızı bu vəziyyətdə telekanallarda göstərsinlər. Onu çəkməyə və göstərməyə qadağan qoymuşuq. İnşallah, yaxşılaşar və tamaşaçıların qarşısına elə çıxar».