Elmar Məmmədyarov Ukraynaya yola düşüb

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 10-da Ukraynaya yola düşüb.

Xarici İşlər Nazirliyinin rəsmi saytının məlumatına görə, səfərin məqsədi Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın 15 illiyi ilə əlaqədar xarici işlər nazirləri Şurasının iclasında iştirak etməkdir.

İclas Məmmədyarovun sədrliyi ilə keçiriləcək. Tədbirdə Məmmədyarovun çıxışı nəzərdə tutulub. Həmçinin, səfər müddətində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.