Dünyada 350 milyon insan depressiyadan əziyyət çəkir

Bu gün bütün dünyada psixoloji sağlamlıq günü qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatı bu ili depressiya ilə mübarizə ili elan edib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünyada 350 milyon insan depressiyadan əziyyət çəkir. Bu, dünya əhalisinin 5 faizi deməkdir. Bir çox inkişaf etmiş ölkələrdə isə bu göstərici 30-50 faizdir.