Narkomafiya liderinin cəsədini oğurlayıb

Meksikada fəaliyyət göstərən narkomafiyalardan birinin öldürülmüş rəhbəri Eriberto Laskanonun cəsədi oğurlanıb.

“Cəllad” ləqəbli Laskano bazar günü ölkənin şimalında dəniz piyadaları ilə atışmada öldürülüb.

Onun cəsədi Koauila ştatında yerli hakimiyyətə təhvil verlmişdi.

Laskano kütləvi qətillər və insan oğurluğunda ittiham olunurdu.