ARDNŞ-i bəzi ərazilərdən imtina edə bilər

Foto arxiv

Azərbaycan Dövlət Neft Şirkəti ona məxsus ərazilərdəki qanunsuz tikililərin siyahısını və bununla bağlı təkliflərini hazırlayır.

APA-nın məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda bu ərazilərin kadastrı, işə yararlı olub-olmaması müəyyənləşdirilir.

Şirkət rəhbəri bildirib ki, bu iş çox böyük olduğundan uzun müddət tələb edir.

R.Abdullayev hazırda ARDNŞ-ın əraziləri sayılan torpaqların bir hissəsinin araşdırmalardan sonra şirkətə lazımlı hesab edilməyəcəyini istisna etməyib.