Tarakan yemək yarışını udub, öldü

Arxiv foto

-

ABŞ-da tarakan yeyənlərin yarışından sonra qalib ölüb.

Floridada keçirilən yarışda iştirakçılar həşərat və soxulcan yeyiblər.

Yarışın qalibi 32 yaşlı Edward Archbold həşəratları yeyəndən az sonra vəfat edib.

Ötən həftənin 5-ci günü zoomağazada keçirilən yarışdan sonra Eduard xəstələnib.

Yarışda 30 adam iştirak edib.

Archbold-ın ölümünün səbəbi meyiti yarılandan sonra məlum olacaq.

Yerli polis bildirib ki, digər iştirakçılardan heç biri xəstələnməyib.

Mağazanın sahibi Ben Siegel deyib ki, «onlar çox qorxublar». O, deyib ki, yarışdan əvvəl Archbold-ın xəstə olduğu hiss edilməyib, əksinə, özünü yaxşı hiss edib.

Ben Siegel-in vəkili bildirib ki, müsabiqə iştirakçıları yarışdan əvvəl bütün cavabdehliyi öz üzərlərinə götürdüklərinə dair sənədi imzalayıblar.

Qalib üçün əsas mükafat piton olub. Mağazanın sahibi deyir ki, Archbold pitonu onu yarışa gətirmiş dostuna satmağı planlaşdırırdı.