Səfər Əbiyev Brüsselə yola düşüb

Oktyabrın 9-da müdafiə naziri Səfər Əbiyev Brüsselə yola düşüb. O, NATO və Əfqanıstana töhfə verən tərəfdaş ölkələrin müdafiə nazirlərinin növbəti iclasında iştirak edəcək.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Əfqanıstan silahlı qüvvələrinin dəstəklənməsinə yardım göstərilməsi və hərbi kadrların hazırlanması məsələsi müzakirə olunacaq.