Türkiyə-Suriya sərhədindəki atışmalar son dərəcə təhlükəlidir

BMT-nin baş katibi Ban Ki-moon Türkiyə Suriya sərhədindəki qarşılıqlı atışmaların və Suriyada baş verənlərin Livana təsirinin “son dərəcə təhlükəli” olduğunu bildirib.

BMT-nin baş katibi Strasburqda keçirilən Dünya Demokratiya Forumundakı çıxışında bildirib ki, Suriyadakı vəziyyət əhəmiyyətli miqyasda pisləşib. Baş verənlər Suriyanın qonşuları və bütün region üçün ciddi risk yaradır.