Əfqanıstanda daha 2 ABŞ əsgəri ölüb

Əfqanıstanın şərqindəki Vardak əyalətində yaraqlıların hücumu zamanı daha 2 ABŞ əsgəri həlak olub.

Bu barədə Associated Press agentliyi komandanlıqdakı mənbəyə istinadla xəbər verir.

Hələlik hücum barədə əlavə məlumat verilmir.

ABŞ ordusu ilin əvvəllərindən bu yana Əfqanıstanda 257 itki verib.