Qvatimalada 7 nümayişçi öldürülüb

Qvatimalada təhlükəsizlik qüvvələri ilə elektrik enerjisinin qalxmasına etiraz edən aksiyaçılar arasında baş vermiş toqquşmada azı 6 adam ölüb,30-a yaxın adam yaralanəb.

Xəsarət alanlardan 7-si əsgərdir.

Yerli fəalların sözlərinə görə, polislə hərbçilər aksiyaçılara atəş açıb.

Amma ölkə prezidenti insan ölümündə hərbçilərin əli olmadığını deyir.

Onun sözlərinə görə, nümayişçilərə yük maşınında olan naməlum adamlar atəş açıb.