Papanın eşik ağası il yarım iş aldı

Paolo Gabriele

Roma papası XVI Benediktin keçmiş eşik ağası Paolo Gabriele şənbə günü 1 il 6 ay həbs cəzasına məhkum edilib.

O papanın məxfi sənədlərini oğurlamaq və onları mətbuata ötürməkdə təqsirli bilinib.

Məhkəmənin sonuncü günü prokuror, vəkil və müttəhimin özü çıxış edib.

O sənədləri götürdüyünü boynuna alsa da bunu pis məqsədlə etmədiyini, amma papanı satdığına görə günahkar olduğunu bildirib.