Azərbaycan Ordusunun zabiti həlak olub

Azərbaycan Ordusunun zabiti həlak olub. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, hadisə ötən gecə saat 03.00 radələrində Bakı-Sumqayıt yolunda qeydə alınıb.

Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin zabiti, baş-leytenant Şahmar Ramazan oğlu Qasımov idarə etdiyi «VAZ-2107» markalı maşını yol kənarındakı maneəyə çırpıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Zabitin meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerində olan insanların köməkliyi ilə zabitin meyiti avtomobildən çıxarılıb.