Türkiyə parlamenti Suriya ərazisində əməliyyata icazə verib

Sizin brauzer HTML5-i dəstəkləmir

Suriyadan Türkiyəyə açılan mərmilərlə 5 nəfər həlak olub

-
Türkiyə parlamenti qonşu Suriya ərazisində hərbi əməliyyat keçirilməsinə icazə verən qanun layihəsini qəbul edib.

1 illik qüvvəsi olan sənəddə lazım gəlsə, Suriya ərazisinə ordu yeritmək və ya havadan zərbə endirmək nəzərdə tutulur.

Amma Baş nazir müavini Beşir Atalay səsvermədən sonra deyib ki, qanun layihəsi müharibə etmək üçün deyil, o, xəbərdarlıq xarakteri daşıyır.

Oktyabrın 3-də Suriya ərazisindən atılan raketin Türkiyənin Akçaqala şəhərinə düşməsi nəticəsində 5 nəfər ölüb.

Türkiyə isə buna cavab olaraq Suriya ərazisini atəşə tutub.

Bir neçə Suriya hərbçisinin öldüyü xəbər verilir.

BMT və NATO Suriyanı qonşu dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıblar.

Oktyabrın 4-də BMT-nin Təhlükəsizlik Şurasında Suriyanın bu hərəkəti müzakirə olunacaq.