Gəncəyə 500 ədəd «London taksi»si gətirilir

-
Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə şöbəsinin rəisi Xanoğlan Qasımov məlumat verib.

O deyir ki, yeni avtomobillərin gətirilməsi taksi fəaliyyəti ilə məşğul olan sürücülərin lisenziya ödənişlərinə cəlb olunmasını təmin edəcək.

Rəsmi qeydiyyata görə, hazırda Gəncə şəhərində 1000-dən artıq taksi fəaliyyət göstərir.