Gürcüstanda hər iki tərəf öz qələbəsini elan edir

Gürcüstanda parlament seçkisinin rəsmi nəticəsi elan olunmayıb, ancaq Saakaşvilinin hakim partiyası və müxalifət bloku öz qələbələrini elan edirlər.

Reuters xatırladır ki, parlamentdəki 150 yerdən 77-si partiya siyahıları ilə seçkiyə ayrılıb və exit-polla görə, bu 77 yerdən əksəriyyətini İvanishvilinin “Gürcüstan Arzusu” qazanıb.

Saakaşvilinin Birləşmiş Milli Hərəkatı isə öz növbəsində fərdi qaydada seçkilərə ayrılan 73 yerdən azı 53-nü qazandığını bildirir.

Milli Hərəkatın sözçüsü Chiora Taktakishvili televiziya ilə çıxışında deyib ki, “bu o deməkdir ki, Milli Hərəkat yeni parlamentdə çoxluqda olacaq”.

Bir az sonra İvanishvili də deyib ki, o, parlamentdə 100 yer qazanacaqlarını ehtimal edir.