Kilsə "Russy Riot" qızlarının üzr istəməsini təklif edir

Rusiyanın Provaslav kilsəsi "Russy Riot" qrupunun həbs olunan üzvlərini hərəkətlərindən peşmançılıq ifadə etməyə çağırıb.

Kilsənin yaydığı bəyanatda deyilir ki, bu, onların cəzasını yüngülləşdirərdi.

Oktyabrın 1-də Moskva məhkəməsi qrup üzvlərinin apelyasiyasına baxır.

"Russy Riot" kilsədə Rusiya prezidenti Putini təhqir etməkdə ittiham olunaraq həbsə məhkum ediliblər.