Tibb Universitetinin yeni tikilən korpusunda yanğın olub

Oktyabrın 1-də saat 9.30 radələrində Azərbaycan Tibb Universitetinin yeni tikilən korpusunda yanğın olub.

Yanğın Ə. Qarayev adına 2 saylı Uşaq Xəstəxanasının ərazisində yeni inşa olunan 13 mərtəbəli binanın yuxarı mərtəbələrində başlayıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğın zamanı hadisə yerində olan 10-dan çox fəhləni təxliyə edib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə deyib ki, binanın 200 kvadrat metr ərazisi yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.