Yaponiya-Meksika - 9:0

Azərbaycanda 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı davam edir.

Bu gün C qrupunda yarışan Yaponiya millisi Meksika yığmasını 9:0 hesabı ilə məğlub edib.

Yeni Zelandiya millisini 4:3 hesabı ilə məğlub edən Braziliya yığması isə qrupda ikinci yeri tutaraq “play-off” mərhələsinə çıxıb.