Liviyada silahlar təhvil verilir

Liviyada silahlı sakinlər

-

Liviyanın paytaxtı Tripoli və ölkənin şərqindəki Benqazi şəhərində yüzlərlə yerli sakin silahı təhvil verib.

Bu silahlar arasında zenit və raket qurğuları, hətta tanklar da olub.

Hökumətin məlumatına görə hazırda cəmi 200 minə yaxın adamda silah qalıb.

Liviya hökuməti Benqazidəki ABŞ səfirliyinə hücumdan sonra əhalini silahları könüllü təhvil verməyə çağırıb.

Müvəqqəti dövvlət başçısı Mohammad al Makrif keçmiş dikdator Muammar Gaddafiyə qarşı qiyamda iştirak etmiş bütün silahlı birləşmələrin buraxılacağını vəd edib.