Qatar avtomobili vurdu

-
Tovuz rayonu, Aşağı Quşçu kəndində Qazax-Bakı dəmiryolunun 117-ci kilometrliyində qatar texniki nasazlıqdan yolda qalmış minik avtomobilini vurub.

ANS-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, «VAZ» markalı minik avtomobili qəza nəticəsində alışıb.

Qəzada xəsarət alan olmayıb.

Alovun qatara keçməsinin qarşısı hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən alınıb.