Suriyada şiddətli döyüşlər gedir

Suriyalı fəallar Hələbdə şiddətli döyüşlər getdiyini bildirir. Üsyançılar Şeyx Məsud məhəlləsinə girdiklərini, hökumət qoşunlarının həmlələrini dəf etdiklərini bildiriblər.

Suriya dövlət televiziyasının məlumatına görə, hökumət qoşunları Şeyx Məsud yaşayış massivindəki hücumların qarşısını alıblar. Dəməşqin şimalında yerləşən yaşayış yerlərində də döyüşlər gedir.