E. Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

Elmar Məmmədyarov

-
Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 27-də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüş BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində baş tutub.

Bu haqda nazirliyin rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda deyilir: “Nazir Ermənistanın status-kvonu saxlaması üçün bütün hiylə və bəhanələrə əl atdığını bildirib”.

Həmsədrlər isə öz ölkə prezidentlərinin verdiyi bəyanatları bir daha təsdiq edərək, hazırkı status-kvonun qəbul edilməz olduğunu vurğulayıblar.

Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qaldığı müddətdə regionda sülhün, təhlükəsizliyin və sabitliyin təhdid altında olacağını həmsədrlərin bir daha diqqətinə çatdırıb.