Suriya münaqişəsi regional münaqişəyə çevrilə bilər

BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı toplantı keçirib.

BMT-nin baş katibi Ban ki Moon bildirib ki, əgər Suriya münaqişəsinin həll yolu tapılmasa, bu geniş regional münaqişəyə çevriləcək.

Ərəb Dövlətləri Liqası isə BMT-ni Suriyadakı münaqişə ilə bağlı mövqeyini dəyişməyə çağırıb.

Ərəb Dövlətləri Liqasının baş katibi Nabil Elarabi BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, münaqişə təcili həll olunmalıdır.