Suriyalı hüquq müdafiəçiləri ölkədə 30 mindən çox adamın öldüyünü deyirlər

Suriyalı hüquq müdafiəçiləri 18 aydır ki, ölkədə davam edən münaqişədə 30 mindən çox adamın öldüyünü deyirlər.

Londonda fəaliyyət göstərən mərkəzin rəhbəri Rami Abdulrahman onlardan 21 mininin dinc sakinlər olduğunu deyir.

Hökumət qoşunları bu döyüşlərdə təxminən 7, müxalifətin tərəfinə keçmiş fərrarilər isə  1800 nəfər itki verib.