Afaq Bəşirqızının ürəyində cərrahiyə əməliyyatı aparılıb

Azərbaycanın xalq artisti, Musiqili Komediya Teatrının aktrisası Afaq Bəşirqızının ürəyində cərrahiyyə əməliyyatı aparılıb.

Aktrisanın oğlu Səmral Təhməzovun APA-ya verdiyi məlumata görə, cərrahiyyə əməliyyatı uğurla başa çatıb: «10 dəqiqə bundan əvvəl əməliyyat başa çatdı. Artıq anam reanimasiyaya keçirilir. Həkimlər əməliyyatın uğurlu keçdiyini deyirlər».

Əməliyyata 08:00 radələrində başlanılıb və cərrahiyyə əməliyyatı 7 saata yaxın davam edib.

Afaq Bəşirqızının səhhəti bir neçə gün bundan əvvəl «Yeddi məhbusə anası» tamaşasından sonra pisləşib və aktrisa dərhal Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.