Ahmadinejada görə otelə etiraz

İran prezidenti Mahmud Ahmadinejadın Nyu-Yorkda qaldığı otelin qarşısında aksiya keçirilib.

Mahmud Ahmadinejad BMT-nin Baş Assambleyasının yığıncağında iştirak etmək üçün ABŞ-a gəlib.

Aksiya iştirakçıları "Warwick" hotelini İran rəhbərinə yer verməsinə etiraz edib.

Etiraz aksiyasını İran Nüvə Əleyhinə Birliyi təşkil edib.