Əsgərin meyiti asılmış vəziyyətdə tapılıb

-
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 22-si səhər saatlarında Füzulidə yerləşən hərbi hissədə qeydə alınıb.

19 yaşlı Mais Qasımzadənin meyiti asılmış vəziyyətdə tapılıb.

Fakt üzrə cinayət işi qaldırılıb, istintaq aparılır.