Tailandda partlayış olub, ölənlər var

Tailandın cənubunda baş verən partlayış nəticəsində 6 adam həlak olub, 20 adam yaralanıb. Ölənlər arasında polislər də var.

Partlayış bazarın yanında saxlanılmış maşında olub.

Hakimiyyət orqanları islamçı-separatçılardan şübhələnir.