Prezident İosif Kobzona «Dostluq» ordeni verdi

Prezident İlham Əliyevin sərəncamı ilə rusiyalı müğənni İosif Kobzon «Dostluq» ordeni ilə təltif edilib.

Dövlət başçısının sərəncamında deyilir ki, mükafat Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında musiqi mədəniyyəti sahəsində əməkdaşlığın genişləndirilməsində göstərdiyi səmərəli fəaliyyətə görə verilib. /AzerTac/