Bakıda motosikl ağaca çırpılıb

Bakıda motosikl ağaca çırpılıb. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəza sentyabrın 17-si Z.Əliyev küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Orxan Həsənov idarə etdiyi «Honda» markalı motosiklı ağaca vurub. Sürücü aldığı xəsarətlərdən ötən gün Kliniki Tibbi Mərkəzdə ölüb.