İKEA atadan oğullara keçdi

İKEA Fransada satış naminə öz məhsullarını hətta metro stansiyasına düzmüşdü

IKEA mebel satış şəbəkəsinin yaradıcısı və sahibi İngvar Kamprad şirkətə rəhbərlikdən getdiyini bildirib. İsveçin “Expressen” qəzeti yazır ki, Kamprad bu qərarı 86 yaşının tamam olması ilə əlaqədar verib.

Kamprad idarəçiliyi şirkətdə indiyə kimi əsas rol oynamayan 3 oğluna ötürür.

47 yaşlı Peter İkano holdinq şirkətinə başçılıq edəcək. Bu holdinq ailənin maliyyə, daşınmaz əmlak şirkətlərini birləşdirir.

45 yaşlı Jonas İngka Holdinqin rəhbəri olacaq. Bu holdinqə daxil olan şirkətlər dizayn və satış bazarları ilə məşğuldurlar.

42 yaşlı Mathias isə İKEA Holdinqin başçısı olacaq.

İngvar Kamprad İKEAnı 1943-cü ildə 17 yaşında yaradıb.

Onun indiki var-dövləti 37 milyard məbləqində qiymətləndirilir.

1990-cı illərdə Rusiyanın xarici borclarla problemi yarananda İKEA Rusiyanın xarici borclarının 10 milyard dollarını almağa hazır olduğunu bildirmişdi.