«Milyonların yürüşü»ndə qətnamə qəbul edilib

Moskvada aksiya, 15 sentyabr 2012

-
Sentyabrın 15-də Rusiya müxalifəti ölkədə «Milyonların yürüşü» çərçivəsində aksiyalar keçirib.

Moskvada yürüş Puşkin meydanında başlayıb, Saxarov prospektində mitinqlə başa çatıb.

Mitinqin sonunda qətnamə qəbul olunub. Sənəddə ölkə rəhbərliyinin istefası, siyasi məhbusların azad edilməsi, sosial xərclərin artırılması kimi tələblər irəli sürülür.

Müxalifətdə olan «Sol cəbhə» Hərəkatının koordinatoru Sergey Udaltsov növbəti aksiyanı oktyabrın 20-də keçirməyi təklif edib. Aksiyaçılar onu dəstəkləyib.

Aksiya icazəli olduğundan elə bir insident baş verməyib.

Eyni tələblərlə aksiyalar Rusiyanın başqa şəhərlərində də keçirilib.


Moskvada «Milyonların yürüşü»