Selanikdə 50 rusiyalı turist qəzaya uğradı

Yunanıstanın Selanik şəhərində Rusiya konsulluğu sentyabrın 14-də hava limanına gedən avtobusun qəzaya uğraması ilə 4 rus turistinin həlak olduğunu, 30-nun isə yaralandığını təsdiqləyib.

Avtobusun yunan sürücüsü də xəsarət alıb.

Avtobusda 50 rusiyalının olduğu bildirilir, onlardan 49-u turist, 1-i isə bələdçi olub. Turistlər Sankt-Peterburqa uçuş üçün hava limanına gedirdilər.

Az yağışlı havada avtobusun yoldan çıxaraq çevrildiyi bildirilir.