Pakistanda 7 adam hücumun qurbanı olub


Pakistanda naməlum şəxslərin hücumu nəticəsində 7 adam ölüb. Onlar yol tikintisində işləyənlər imiş. Daha 6 nəfər yaralanıb.

Hadisə Bəlucistan əyalətində baş verib. Ölənlərin hamısı puştulardır.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üstünə götürməyib.