Rusiya - Azərbaycan matçının yeri dəyişdirilib

Moskva Lujniki stadionu

2014-cü il futbol üzrə dünya Çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da
Moskvada keçiriləcək Rusiya - Azərbaycan oyununun yeri dəyişdirilib.

AFFA-nın rəsmi saytında gedən məlumata görə, görüş nəzərdə tutulduğu kimi "Lokomotiv" stadionunda yox, "Lujniki" stadionunda keçiriləcək.

Rusiyanın Futbol Federasiyası bunun səbəbini "Lokomotiv" stadionunda ot örtüyünün yaxşıvəziyyətdə olmaması ilə izah edib.