Pakistanda baş vermiş yanğında 190-dan çox adam ölüb

Pakistanın Karaçi şəhərindəki tikiş fabrikində baş vermiş yanğında 190-dan çox adam ölüb, 60-dan çox adam yaralanıb.

Bu barədə Pakistan hakimiyyəti xəbər verir.

Fabrikdə 450 adam çalışırmış.

Ölü sayının artacağı istisna edilmir.

Xəsarət alanlardan birinin dediyinə görə yanğın 2 dəqiqəyə bütün binanı bürüyüb.

Yanğının səbəbi araşdırılır.

Çərşənbə axşamı ölkənin şərqindəki Loxar şəhərindəki ayaqqabı fabrikində baş vermiş yanğında isə azı 23 adam ölüb.