Lənkəran çayı daşıb

Sentyabrın 11-də hava şəraitinin yağışlı keçməsi daşqın və subasmaya yol açıb.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, Lənkəranın Əşlə kəndində leysan yağışlar səbəbindən Lənkəran çayının daşması nəticəsində çayı keçmək istəyən 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş FHN-nin xilasetmə qüvvələri həmin şəxsi xilas edib.

Yevlax rayon, Yenicə kəndində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsinə isə yağış suyu dolması müşahidə olunub. yağış sularının çəkilməsi məqsədilə FHN-nin müvafiq qüvvə və texnikası həmin ərazilərə cəlb olunub, gün ərzində suçəkmə işləri aparılıb.