11 Sentyabr terrorunun 11-ci ildönümü - dağıdılmış əkiz qüllələrin yerində təzələri ucalır

Terror qurbanlarını anım mərasimindən bir gün əvvəl Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin dağıdılan binalarının yerindən səmaya ucaldılan işıqlar.

Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin 541 metr hündürlüyündə bu yeni binası 2014-cü idlə istifadəyə veriləcək. Tikintisi davam edən binada sentyabrın 7-də çəkilmiş foto.

11 il əvvəl, terrordan bir həftə sonra xilasedicilər Dünya Ticarət Mərkəzinin dağıntıları altında qurbanları axtarırlar.

2006-cı il. Terrorda dağıdılan binaların yerində böyük tikinti başlayıb.

With the redevelopment well under way, lower Manhattan is bustling once again. Here, people walk past the One World Trade Center tower on August 8, 2012.

Dünya Ticarət Mərkəzinin yeni tikilən binalarından birinin 72-ci mərtəbəsindən tikilməkdə olan o biri bina görünür. Terrorun baş verdiyi binaların yerində tikintinin qiyməti 14.8 milyard dollara başa gələcəyi gözlənir. 

Dünya Ticarət Mərkəzinin yeni tikilən binasında 72-ci mərtəbədə çalışan fəhlələr. 7 sentyabr 2012

9 sentyabr 2012. Dünya Ticarət Mərkəzinin yeni tikilən binalarından biri Nyu Cersidən belə görünür.

Terror qurbanlarını anım mərasiminə 7 yaşlı Ava Kathleen Schmoelzer də qatılıb, anım abidəsinə gül qoyur.