İsrail Qəzzaya hava zərbəsi endirib

Bu gün səhər İsrailin Qəzza sektoruna endirdiyi hava zərbəsi nəticəsində 6 yaşlı fələstinli oğlan yaralanıb. Bu haqda fələstinli həkimlər və şahidlər məlumat verib.

Hava zərbələri Qəzza sektorunun şərqindəki al-Tuva məhəlləsindəki polis bölməsinə də endirilib.

Keçən həftə İsrailin endirdiyi hava zərbələri nəticəsində isə 6 fələstinli ölmüşdü.

İsrail hərbi dairələri bildirib ki, hava zərbələri fələstinlilərin raket zərbələrindən sonra endirilib.

Sentyabrdan Qəzza sektorundan İsrail ərazisinə 15 raket zərbəsi endirildiyi bildirilir.