Moskvada kapitalizm əleyhinə yürüş keçiriləcək

Bu gün Moskvada kapitalizm əleyhinə yürüş keçiriləcək.

Solçu qüvvələrin təşkil etdiyi aksiya hakimiyyətlə razılaşdırılıb.

Aksiyaçılar yürüş zamanı “ Rədd olsun kapitalist hakimiyyəti, hakimiyyəti çoxluğa ver” , “Bütün hakimiyyət sovetlərə” kimi şüarlar səslkəndirmək fikrindədirlər.

Yürüşdə 1500-ə yaxın adamın iştirakı gözlənilir.

Metronun “Polyanka” stansiyasından başlayacaq yürüş, Mərkəzi rəssamlar evinin yanında qurtaracaq.